YAP Samux rayon təşkilatında bu mövzuda tədbir keçirilib
Bu gün Samux rayonunda “15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə YAP Samux rayon təşkilatının akt zalında ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etdiblər. Tədbir Heydər Əliyevin hakimiyyətə qayıdışına həsr edilmiş və “SƏS” TV tərəfindən hazırlanmış “Milli Qurtuluşdan intibaha” adlı sənədli filminin nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açıq elan edən Samux rayon icra hakimyyətinin başçısı Alı Qocayev tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində, Azərbaycan xalqının qəlbində özünəməxsus yeri var. “Bu gün qeyd etdiyimiz əlamətdar bayram ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salındığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün ümidini itirmiş xalqa, Azərbaycan dövlətinə bir xilas, qurtuluş oldu”, deyə qeyd edən Alı Qocayev bildirib ki, uzun sürən siyasi qarşıdurmalara, siyasi təxribatlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyev nicat yolunu gözləyən xalqı intizarda qoymadı və Azərbaycana qayıtdı: “Qısa zamanda başının üstünü qara buludlar bürüyən Azərbaycan Heydər Əliyev siyasətinin uğurlu, məntiqli nəticəsində öz xilasına qovuşa bildi və gündən – günə güclənən, siyasi maraqlarını müdafiə edən bir dövlətə çevrildi.
Tədbir iştirakçılarından Samux rayon 3 saylı tam orta məktəbin müəllimi Samir Qurbanov, Əhmədbəyli kənd tam orta məktəbin müəllimi Məhəbbət Şükürova və Lək kənd tam orta məktəbin müəlliməsi Ülviyyə Qasımova çıxış edərək vurğulayıbar ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir: “Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür və güclənir . Xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirdi və yanılmadıqlarını gördülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcək”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB