KİVDF 2011-ci il Novruz Bayramı münasibətilə fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib

KİVDF 2011-ci il Novruz Bayramı münasibətilə fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə

ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

№

İstiqamət

Təklif olunan mövzu

1

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Azərbaycanda məlumat azadlığının qanunvericilik əsasları

2

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Ermənistanı dünyaya işğalçı kimi tanıtmalı: Azərbaycanın səsi haqqın səsidir

3

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Novruz Bayramı-milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

4

Azərbaycançılıq ideyasının təbliği

"Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı vətəni!..."

5

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müasir Azərbaycanın inkişafında gənclərin rolu

6

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycan regionlarının dünəni və bu günü

7

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan dünya Azərbaycanlıların vətənidir

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir).

5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

QEYD: Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və müsabiqənin qaydalarında nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər.

Tələb olunan sənədlər

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.

2. Şəxsi VÖEN və surəti.

3. Şəxsi bank rekvizitləri.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirmə meyarları:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Hər mövzu üzrə 3 qalib müəyyən edilir; 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.

Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) və elektron (Times New Roman 12 şriftində, diskdə) variantları Fonda təqdim olunmalıdır.

Təqdim olunan yazılar və sənədlər geri qaytarılmır.

Nəticələr martın 20-dək elan ediləcək.

Yazılar və sənədlər Fonda şəxsən 2011-ci il 08 fevral tarixindən 07 martadək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək təqdim edilə bilər.

Əlavə məlumat üçün Fondun ofisinə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 523 m

Telefon: 537-19-41, 537-19-45.

www.kivdf.gov.az

İştirakçı haqqında məlumat (müəllif tərəfindən doldurulur):

Yazının aid olunduğu istiqamət

Adı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgər varsa)

Ünvanı və poçt indeksi

- iş telefonu

- ev telefonu

- mobil telefonu

- elektron poçt ünvanı

Şəxsin imzası ________________

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2011-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə