“Turizmə Dəstək” Gənclər Koalisiyası fəaliyyət proqramını açıqlayıb

“Turizmə Dəstək” Gənclər Koalisiyası fəaliyyət proqramını açıqlayıb

Bu gün "Turizmə Dəstək" Gənclər Koalisiyası ilk tədbirini keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə koalisiyanın rəhbəri Ramiz Əliyev, koalisiyanın üzvü Rahidə Baxışova və digər üzvlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan koalisiyanın rəhbəri Ramiz Əliyev təşkilat haqqında geniş məlumat verib. Onun sözlərinə görə, 2011-ci ilin Azərbaycan Prezident İlham Əliyev tərəfindən "Turizim İli" elan edilməsi biz gəncləri, gənclər təşkilatını da hərəkətə gətirib. Koalisiyanın rəhbəri onu da bildirib ki, əsas məqsəd ölkə Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək olmaq, ölkədə turizm maarifçiliyini həyata keçirməkdir. R.Əliyev əlavə edib ki, koalisiya il ərzində turizm istiqamətində maarifləndirmə və təbliğat xarakterli silsilə tədbirlər həyata keçirəcək. O qeyd edib ki, koalisiyanın ümumi işinə ictimai xadimlər, sənət adamları, idmançılar, turizim şirkətləri, KİV, dövlət və hökümət nümayəndələrinin cəlb olunması nəzərdə tutulub.

Tədbirin sonunda koalisiyanın üzvüləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə