YAP Qusar rayon təşkilatı İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirib

YAP Qusar rayon təşkilatı İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirib

Dünən YAP Qusar rayon təşkilatı tərəfindən rayonun ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi İli" elan edilməsi haqqında Sərəncamı ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir nümunəsidir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkədə milli mədəniyyətə və incəsənətə yüksək səviyyədə münasibətin göstəricisidir. Ölkə ictimaiyyəti "Nəsimi İli" çərçivəsində milli-mənəvi dəyərlər silsiləsinin Nəsimi irsini bütün platformalarda müzakirə edir və geniş səpkidə tədbirlər reallaşır.
YAP Qusar rayon təşkilatı tərəfindən keçirilən müsabiqədə 50 nəfərə qədər məktəbli iştirak edib.
Səsləndirilən əsərlərdə İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğu bir daha öz ifadəsini tapıb. İmadəddin Nəsiminin anadilli şeirin humanist ideyalarla, yeni məzmun və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib.
Münsiflər heyətinin qərarı ilə müəyyən olunmuş qaliblər diplomlarla və pulla mükafatlandırılıblar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə