Danimarka məhkəməsi Somali vətəndaşını 9 il azadlıqdan məhrum edib

Danimarka məhkəməsi Somali vətəndaşını 9 il azadlıqdan məhrum edib

Danimarka məhkəməsi bu gün Somali vətəndaşını Məhəmməd peyğəmbəri lağa qoyan karikaturasına görə danimarkalı rəssama hücum etməkdə ittiham edərək onu 9 il azadlıqdan məhrum edib.

SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Arahus şəhər məhkəməsi qərar verib ki, Məhəmməd Qiili həbs cəzasını çəkdikdən sonra ölkədən deportasiya edilməlidir. Qiili yeni il gecəsi Kurt Vesterqaardın evinə balta ilə silahlanmış halda daxil olaraq terror aktı həyata keçirməkdə təqsirləndirilir. Karikaturist qaçaraq seyf otaqda gizlənə bilib, və xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə