Aşotun İrəvana gedişi gərginlik xofu yaradıb

Aşotun İrəvana gedişi gərginlik xofu yaradıb

Erməni Baş nazirinin həyat yoldaşı Anna Akopyan bu gün mətbuat konfransında Aşot Paşinyanın Sovetaşen hərbi hissəsinə göndərilməsi barədə KİV nümayəndələrinin suallarını cavablandırıb. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında yayımlanan informasiyada məlumat verilir.

"Aşot digər yoldaşları ilə birlikdə müvafiq hərbi hissədə yenidən hazırlıq kurslarına gəlib. Bu müvəqqətidir və o qayıdacaq. Vəziyyətin gərgin olduğu barədə heç bir məlumatım yoxdur. Açotun Ermənistana gəlməsinin bununla heç bir əlaqəsi yoxdur, çünki o, Dağlıq Qarabağda xidmət edir və xidmət etməyə də davam edəcək ", - deyə Anna Hakobyan oğlunun Ermənistana köçürülməsinin təmas xəttindəki gərgin vəziyyətlə bağlı olub-olmadığı barədə sualı cavablandırarkən bildirib.

O vurğulayıb ki, Aşot Paşinyan sıravi bir əsgər kimi xidmət edir.

"Aşot Paşinyan hazırlıq kursuna gəldiyi ərəfədə İrəvanda, öz valideyinlərinin yanında evdə qalıbmı" sualına Anna Akopyan onun qanuni icazəsi vardı və bir günü evdə keçirib, cavabı verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə