“Dağlq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil. Ermənilərin 200 il ərzində Azərbaycan ərazilərinə iddiası olub”. SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib.
Z.Əsgərov bildirib ki, ermənilər Qafqazın aborigen xalqı deyil, sonradan bu ərazilərə gəlmədirlər.
Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə Fransada Millətlər Liqasına müraciət etdi və Azərbaycanı həmin liqada tanıdılar: “Həmin dövrdə ermənilər də liqaya müraciət etdilər, ancaq onları qəbul etmədilər, dedilər ki, sizin əraziniz yox, dövlətiniz yox, sərhədiniz yox, sizi nə adla qəbul edək?”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB