Fransa Respublikasına işgüzar səfəri çərçivəsində 16 may tarixində nazir Elmar Məmmədyarov Fransa Respublikası Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etiyen ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Əməkdaşlığın inkişafından məmnunluqlarını bildirən tərəflər əlaqələrin daha da inkişafında qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.
Nazir Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların cari vəziyyəti haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin tezliklə həllinin, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.
Görüş zamanı tərəflər beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB