"2010-ci il Gəncə gəncləri üçün düşərli olub. Şəhərin fəal gəncləri ötən ili uğurla başa vurublar". Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mövsüm Hüseynov məlumat verib.
Onun sözlərinə görə ötən il Gəncədə gənclər üçün 114 tədbir keçirilib. Hansı ki, bu tədbirlər milli-mənəvi dəyərlərimizin təbliğinə, gənclərin daha mükəmməl elmə yiyələnmələrinə yönəlib. Bundan əlavə, 2010-cu ildə Gəncə idmançıları Avropa və dünya birinciliklərində 31 medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB