Milli Məclisin 2011-ci ilin yaz sessiyası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclas Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra açıq elan edilib.
İclası giriş sözü ilə açan spiker Oqtay Əsədov cari ilin yaz sesiyasının başlanması münasibətilə millət vəkillərini təbrik edib, deputatlara fəaliyyətlərində uğurlar arzulayıb. Spiker bildirib ki, ötən ilin payız sesiyasında 4 iclas keçirilb 44 qanun və qərar qəbul edilib. Onun sözlərinə görə, Milli Məclis hər zaman prezident İlham Əliyevin siyasətini dəstəkləyib. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf kursunu davam etdirir. "Şübhə yoxdur ki, bu sessiyada da Milli Məclis ölkədə aparılan islahatları, qanunvericilik işlərini daha da möhkəmləndirəcək. Bu sessiyada qanun layihələri ilə yanaşı, Nazirlər Kabinetinin heabatını dinlənəcək, büdcəyə dair məsələ gündəliyə çıxarılacaq. Bundan əlavə yaz sessiyasında bələdiyyələrin fəaliyyəti ilə bağlı, Hesablama Palatasının və İnsan hüquqları Müvəkkilin hesabatları dinləniləcək".
Qeyd edək ki, iclas davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB