“Ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır” RƏY

“Ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır” RƏY

"Azərbaycanda yüksək vətəndaş məmnunluğu yaradan dəyərlər formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır". Bu fikirləri SİA-ya millət vəkili Tahir Süleymanov həyata keçirilən uğurlu islahatlar paketinin verdiyi töhfələrə və Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətə münasibətini şərh edərkən deyib. Onun sözlərinə görə, dövlət başçısının aprelin 30-da Nazirlər Kabinetinin iclasında irəli sürdüyü fikirlər həm də belə qənaətə gəlməyə əsas verir ki, cənab İlham Əliyev sabit və davamlı inkişaf üçün qətiyyətli mövqeyini ortaya qoymaqla, Azərbaycan xalqının rifah halının daha da yüskəldilməsi istiqamətində yorulmaz fəaliyyət göstərir: "Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir, baş verən bütün hadisələrə şəxsi diqqət və nəzarətini gücləndirir. Bununla sübut olunur ki, O, xalqının Prezidentidir və daim xalqının Ona göstərdiyi etimadı ən ali səviyyədə doğruldur. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır".

"Ölkəmizin hərtərəfli inkişafı regionların timsalında da özünü yüksək səviyyədə ifadə edir", deyə bildirən deputat əlavə edib ki, inkişaf nəticəsində və ötən 15-16 il ərzində Dövlət Proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza atıb: "İxracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail olub.
Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi, regionların sosial-iqtisadi inkişafını sürətləndirməsi, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi, əhalinin rifah halının daha da yaxşılaşması yönündə ardıcıl, uğurlu siyasət davam etdirilir".

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə