"Forumda müzakirə olunan bütün məsələlər dünya üçün vacibdir" RƏY-ÖZƏL
"Həm səfir, həm də Kuba təmsilçisi olaraq artıq ikinci dəfədir ki "Bakı prosesində" iştirak edirəm. Bakıda belə yüksək səviyyəli forumların keçirilməsi məni sevindirir". Bu fikirləri SİA-ya açıqlamasında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.
O bildirib ki, Forumda müzakirə olunan bütün məsələlər dünya üçün vacibdir: "Bu gün dünyada teror, münaqişə, ekstremizm, ksenafobiya halları çoxalmaqdadır. Müharibələrlə bağlı çağırış etməkdənsə, dünyanı sülhə, dialoqa çağırış etmək lazımdır. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu baxımdan çox əhəmiyyətlidir".
Səfirin sözlərinə görə, hər il belə forumların keçirilməsi çox vacibdir.
Azərbaycan haqqında fikirlərini bölüşən səfir deyib ki, sabit, təhlükəsizliyə malik olan Azərbaycanda insanlar rahat şəkildə yaşayır: " Yalnız yüksək mədəniyyətə, təhsilə, qonaqpərvərliyə malik olan insanların yaşadığı ölkədə yüksək səviyyəli forumlar keçirmək mümkündür. Azərbaycan belə ölkələrdəndir. Biz mühüm tədbirlərin keçirilməsinə görə Bakıya təşəkkür edirəm".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB