"Forum müzakirələr üçün əvəzolunmaz platformadır" RƏY-ÖZƏL

"Forum müzakirələr üçün əvəzolunmaz platformadır" RƏY-ÖZƏL

"Bakı prosesi" uğurlu təşəbbüsdür və artıq 11 il ərazində bu proses dünyada baş verən aktual məsələlərin həlli yolunda müzakirələr üçün əvəzolunmaz platformadır". Bu fikirlər SİA-ya açıqlamasında KAİCİİD təşkilatının baş katibinin müavini Alvaro Albaçete deyib.

Qlobal dialoqun bir sıra məsələlərin həllində mühüm əhəmiyyət kəsb etdiyini deyən baş katibinin müavini söyləyib ki, bütün bunların nəticəsində dünya ictimaiyyəti müxtəlif sahələrdə mövcud problemləri, onların həlli istiqamətində görülən işləri daha yaxşı dərk edir.

A.Albaçete qeyd edib ki, forumda beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər dünyada qarşılaşdıqları çətinliklərlə bölüşür və dünyada sülhün bərqərar olması məqsədilə mövcud problemlərin həll yolların axtarırlar: "Başqalarını dinləmək bacarığı, düşünmək və hörmət mədəniyyətlərarası dialoqun qurulmasında əsas rol oynayır. Hörmət olmadan dialoq mümkün deyil. İnklüzivlik, azlıqları müzakirələrə daxil etmək zəruridir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə