Rusiya təhqiqatçıları Moskva aeroportunda 35 nəfərin ölümü ilə nəticələnən partlayış törətmiş intiharçının kimliyini aydınlaşdırıblar. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, bu, Qafqaz regionundan gəlmiş 20 yaşlı oğlandır. Təhqiqatçılardan ibarət komissiya Domodedovo aeroportunda partlayışın təşkilatçılarını üzə çıxarmaq məqsədilə həmin gəncin adının açıqlanmayacağını bildirib.
Dövlətə məxsus Ria-Novosti xəbər agentlyi müstəntiqlərin ölümcül hücumla əlaqəsi olmaqda şübhəli bilinən 10 adamın adı olan siyahıya malik olduğunu xəbər verir.
Prezident Dmitri Medvedev aeroportda təhlükəsilik xidmətinin yararsız olduğunu bildirərək bir neçə rəsmini işdən çıxarıb. Hücumda 120 adam yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB