Əli Kərimli küçə ritorikasından qurtula bilmir

Əli Kərimli küçə ritorikasından qurtula bilmir

Çünki məkanı, zaman əxlaqı və əqidəsi küçədə yetişib

Bu gün "siyasi mühacir" adı ilə Norveçdə və Finlyandiyada boyunlarında yoğun qızıl zəncir, barmaqlarında iri qaşlı üzüklər, sağ əlində kiçik "barsetka" çantası tutub dolaşanlar AXCP sədri Əli Kərimlinin tərbiyəsiz, əxlaqsız və satqınçılıq xüsusiyyətlərinin təsiri altında məkanı dəyişsələr də, amma onlar dəyişməyiblər və dəyişə də bilməzlər. Çünki bu o Ə.Kərimlidir ki, 1990-cı illərdə küçələrdən iş kabinetlərinə köç edib, amma həmin köçdə küçə ritorikasından və düşüncəsindən, davranış və mədəniyyətindən qurtula bilməyib. Bu gün də küçə ritorikası, satqın düşüncəsi, əxlaqsız davranış və mədəniyyətsiliyi xalqı küçələrə çağırır. Hansı sifətlə, Ə.Kərimli "xalq" sözünün mənasını anlayırsanki, xalqa da müraciət edirsən".
Anlamırsan ki, xalq nə narazı elektoratdır, nə sosial baza. Vətəndaşları, özü yazdığı və dediyi "milyonları" arxasınca aparmaq üçün gərək dəyərli, mənəviyyatlı, əxlaqlı olasan. Ancaq bu kimi milli-mənəvi dəyərlərdən çox-çox uzaq olan sənin kimi satqın, cinayətkar məfhumun xalqın adından danışmağın özü cinayətdir. Bir də Ə.Kərimli kimilərin şüurları bu günə kimi dəyişməyibsə, bundan sonra da dəyişməyəcək. Necə deyərlər: 40-ında öyrənən, gorunda çalar.
Bu o Ə.Kərimlidir ki, siyasi fəaliyyətinin zahiri ilə batini arasında kəskin fərqlər var. O, sosial şəbəkələrə köç etdiyindən bu addımını "hakimiyyət məni təqib edir" şüarçılığı ilə ört-basdır etməyə çalışır. Bu yerdə deyirlər: qara məni basınca, mən qaranı... Yalan, böhtan, absurd iddialar, çılğın çağırışlar siyasət deyil. Azərbaycana qarşı aparılan antimilli "savaş"ın isə iflasa uğurasa da abır-həya nə demək olduğunu anlamayan Ə.Kərimli yenə də sosial şəbəkələrdən düşmür ki, düşmür....

Şər maşının baş ağrıdan aləti - Əli Kərimli

Xaricdən maliyyələşərək Azərbaycanı gözdən salmağa çalışan şər maşınının əsas "aləti" olan Ə.Kərimli siyasi ekstremizmin ruporları olan Vidadi İsgəndərli, Nahid Cəfərov, Qurban Məmmədov, Orduxan Temirxan, Tural Sadıqlı və bu kimi satqın "siyasi mühacir"ləri çağırışlar etmək tapşırığını verməsi uğursuz bir oyundur.
Təbii ki, ölkə başçısı dəfələrlə anti-Azərbaycan qüvvələrə qarşı siyasi iradəsini qəti şəkildə ortaya qoyub. Hətta bu qüvvələrə qarşı Prezidentin köməkçisi Əli Həsənovun da davamlı yazıları göstərir ki, bu qüvvələr iflasa uğramış bir zümrəni təmsil edir. Ə.Həsənovun təbirincə desək, xaricdən maliyyələşən və idarə olunan "iaşə müxalifəti" nə qədər cəhd etsə də ölkəmizin suverenliyinə xələl gətirə bilməz.

Bələdçisi qarğa olanın burnu həmişə zibillikdə olar

V.İsgəndərli, O.Teymurxanlı, T.Sadıqlı, H.Müntəzir, Q.Məmmədov, Q.Zahid kimi satqınlar məhz belələrindəndirlər. Ə.Kərimli kimi satqınlar şəbəkəsi ölkəmizin əleyhinə apardıqları "qara piar" kampaniyasının rəngini gündən-günə nə qədər tündləşdirsələr də heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan ictimaiyyəti yaxşı anlayır ki, belələri ancaq onun-bunun beş-üç qəpiyi ilə səs-səsə verərək zəngildəşirlər. Bax, budur dağıdıcı düşərgənin, Ə.Kərimlinin sifəti. Sözsüz ki, bu cür müxalifətçiliyin sonu elə belə də olmalıdır. Bir də tarix Ə.Kərimli və onun müdafiəçilərinin kimliyini unutmur. Satqınlıq tarixən əxlaqın və mənəvi prinsiplərin aşınmasının göstəricisi kimi dəyərləndirilib. Naturasında xəyanət olan kəslər üçün isə satqınlıq etmək adi bir şey olub. Məhz bunun nəticəsidir ki, ağlı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə