"Azərbaycan sənayenin inkişafında böyük potensiala malikdir" ÖZƏL-MÜNASİBƏT
“Aprelin 30-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ölkədə kiçik və orta sənaye müəssisələrinin yaradılmasının sürətləndirilməsinin vacib olduğunu qeyd etdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan sənayenin inkişaf etdirilməsinə böyük potensialı olan ölkədir: “Ölkəmiz xammal, təbii ehtiyatlarla zəngindir, həmçinin müasir infrastruktur və kifayət qədər işçi qüvvəsinə malikdir. Ona görə də mövcud resurslardan düzgün istifadə edilərək yeni sənaye müəssisələri açmaq mümkündür. Kiçik və orta sənaye müəsisələri yeni çeşidli sənaye mallarının istehsalını genişləndirəcəkdir. Bu da ölkə təlabatını ödəməklə ixracyönümlü yeni məhsullar deməkdir. Həm də ölkə əhalisi 10 milyonu keçmişdir. Əhalimizin artması işsizliyin artımına gətirib çıxarmamalıdır. Yeni yaradılacaq müəssisələr yeni iş yerləridir ki, bu da birbaşa insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcəkdir. Kiçik və orta sənaye müəssisələrin üstünlüyü odur ki, belə müəssisələri regionlarda, kəndlərdə yaratmaq mümkündür və bu da ümumilikdə ölkənin sənayeləşməsini sürətləndirəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB