İranlı deputat: “İran Dağlıq Qarabağ münaqişəsinin həllində yenidən vasitəçilik etməyi təklif edir”
İran Dağlıq Qarabağ münaqişəsinin həllində yenidən vasitəçilik etməyi təklif edir. SİA-nın xəbərinə görə, İran Parlamentinin Təbrizdən olan deputatı Məhəmməd Hüseyn Fərhəngi İRNA agentliyinə müsahibəsində qeyd edib ki, İran İslam Respublikası yaxın və qonşu dövlət kimi Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır. Onun sözlərinə görə, təklifin hər iki tərəfdən qəbul olunması vaxt və mühüm qərarlar tələb edir.
O bildirib ki, Azərbaycan və İran parlamentləri arasındakı dostluq münasibətləri ikitərəfli əməkdaşlıq və münaqişənin həlli istiqamətində mühüm amil və effektiv rola malikdir: "Qonşu ölkələr arasında ayrılma və bölünmə bütün regionun xeyrinə deyil. Azərbaycanla İran arasında xüsusilə dini, sosial, mədəni və iqtisadi əlaqələr sahəsində hər zaman yaxın və dostluq münasibətləri olub", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB