Təhmasib Novruzov: “Aslan İsmayılov xəstədir, müalicəyə ehtiyacı var” RƏY-ÖZƏL
“Qondarma vəkil Aslan İsmayılovun keçmişi haqqında həm mətbuatda, həm də sosial şəbəkələrdə kifayət qədər məlumatlar gedib”. Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, A.İsmayılovun indiki atdığı addım birmənalı olaraq düşmən dəyirmanına su tökməkdir və düşmənin arzularının yerinə yetirməsinə yardımdır, köməkdir: “Məsələ burasındadır ki, “Formula-1 yarışının iqtisadi, siyasi, diplomatik, idman hərəkatının inkişafı baxımından Azərbaycana hansı dividentlər gətirdiyini anlamayan adam, xəstədir. Əgər A.İsmayılov bunu doğurdan da dərk edə bilmirsə, anlaya bilmirsə və başa düşə bilmirsə getsin özünü həkimə göstərsin. Yox əgər bunu bilərəkdən buna bu cür münasibətlə yanaşırsa, bu artıq Azərbaycan xalqının, dövlətinin inkişafına maneçilik törətməkdən başqa bir şey deyil ki, bu da düşmən dəyirmanına su tökməkdir. Məsələ burasındadır ki, istər A.İsmayılov, istərsə də, onun hərəkətinə dəstək olan bəzi qüvvələr olsun onların hər biri xarici maraqlı dairələrin əlaltıları rolunda çıxış edirlər. Bir adamın içərisində əgər qurdlar hərəkət edirsə və həmin qurdları məhv etməyə çalışmırsa gec-tez bunun daxili siması olduğu üzə çıxacaq. Onlar nə qədər Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq istəsələr belə heç vaxt onların məkrli planları baş tutmayacaqdır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB