“Meydan TV” nə ona, nə də müxalifətə lazım deyil?
Bu günlərdə məlum oldu ki, Almaniyada fəaliyyət göstərən “Meydan TV”-nin rəhbəri Emin Milli adıçəkilən internet televiziyasından istefa verib. SİA xəbər verir ki, bu barədə o, sscial şəbəkədə məlumat yayıb və getmək vaxtının olduğunu deyib. Onun sözlərinə görə, artıq yeni iş axtarmaq qərarındadır və onun bu sözləri ümumiyyətlə, müxalifət düşərgəsindən imtina etməsi ilə də əlaqələndirilə bilər. Əbəs deyil ki, o öz qeydinin sonunda “İdman, yoqa və meditasiya ilə də hərdən məşğul olacam. Sizə də məsləhət görürəm”, tipli ironik münasibət sərgiləyib və bununla fəaliyyət göstərdiyi illər ərzində heç bir siyasi uğura imza atmadığını dolayı yolla təsdiqləyib.
Emin Milli müxalifət tərəfindən hücumlara məruz qaldığını etiraf etmişdi
Digər tərəfdən, onu da xatırlamaq mümkündür ki, son illərdə “Meydan TV”nin radikal müxalifətin bir sıra qrupları ilə münasibətlərində də kəskin münaqişələr yaşanıb, o cümlədən, Avropadakı bəlli “söyüş qrupları” ilə də onun münasibətlərində kifayət qədər qarşıdurmalar, qrant dava-dalaşları olub.
Misal üçün, təkcə bir fakta kifayət etmək olar ki, E.Milli “BBC NEWS azərbaycanca”da 29 mart 2019-cu ildə verdiyi müsahibəsində müxalifətdən çoxsaylı hücumlara məruz qaldığını bildirib.
Onun bu fikrini belə əsaslandırmaq olar ki, hələ ötən il AXCP tərəfdarları E.Millinin tənqidlərindən bezərək, onu söyüş hədəfinə almışdılar. Məsələn, xatırladaq ki, ötən il mayın 9-da Amerika Konqresinin Helsinki Komissiyasının keçirdiyi brifinqdə özünü “Meydan TV”nin rəhbəri olaraq təqdim edən E.Milli Əli Kərimlinin AXCP-ni partiyasını hədəf alaraq partiyanın marginallaşdığını, cəbhəçilərin heç bir işə yaramayan faydasız varlıqlar olduğunu deyib, o cümlədən, Müsavat və REAL partiyalarını da bu sıraya qatıb. Nəticədə söyü və həqarətlər necə deyərlər, havalarda uçuşub.
Müxalifətdaxili qarşıdurmaya səbəb olan söz: “Qorxurlar...”
Çıxışının davamında E.Milli xalqın marginallaşmış müxalifətdən imtina etdiyini etiraf edib və Ə.Kərimli, İsa Qəmbər, Arif Hacılını aşağılayaraq, onları söyüşü həyat tərzi seçən Orduxan adlı küçə “uşağı” ilə müqayisə edib.
“Dəhşətli mənzərədir! Özünü müxalifət “lideri” hesab edənlər söyüşcül avaradan aşağı tutulur”, deyə qeyd edən E.Milli iddia edib ki, Orduxanın videolarına müxalifət “liderlərinin” videolarından daha çox baxılır və s.
Mitinq məsələsinə də toxunan E.Milli demişdi: “Müxalifət mitinqlər keçirir. Bunlar öz bəhrəsini vermir. İnsanlar gəlmir. Mitinqlərin sayı artdıqca, ora gələnlərin sayı azalır. O zaman nə üçün keçirilir? Əli Kərimli daha radikal olmalıdır. Qorxurlar. İcazəsiz aksiyalar olanda niyə özü gəlmirdi? İnsanları meydana çağırıb özünün gəlməməsini necə qəbul etmək olar? Yəni taktikaları effekt vermir. Bunu dəyişmək lazımdır. Tənqidi qəbul etmirlər və bundan nəticə çıxarmırlar”.
“Əli Kərimli icazəsiz aksiya keçirməyə qorxur ki, birdən şalvarını əynindən çıxararlar, şapalaq vurarlar, başına iş gətirə bilərlər” ittihamını da Emin Milli etmişdi!
O, çıxışında bir neçə dəfə AXCP sədrinin qorxaq olduğunu nəzərə çatdırıb: “İcazəsiz aksiyalara Əli Kərimli çağırış edir, amma özü gəlmir. Çünki orada insanlar həbs oluna bilər. Necə ola bilər ki, partiyanın lideri olasan, insanlara çağırış edəsən, amma özün meydanlara gəlməyəsən? Bu necə ola bilər axı? Özü gəlməlidir. Ə.Kərimli icazəsiz aksiya keçirməyə qorxur ki, birdən şalvarını əynindən çıxararlar, şapalaq vurarlar, başına iş gətirə bilərlər. Qorxmaq lazım deyil. Lazım olanda Ə.Kərimli döyülməlidir də, ölməlidir də...”.
Beləliklə, faktlar çoxdur və bu faktlar üzə çıxdıqca, istər E.Millinin rəhbərlik etdiyi internet televiziyasından getməsi, istərsə də digər məsələlərdəki addımları daha çox aydın görünməyə başlayır.
Son olaraq isə həm də belə qənaətə gəlmək mümkündür ki, artıq “Meydan TV” nə E.Milliyə, nə müxalifətə, lazım deyil. Çünki qarşıya qoyulan məqsədlər və anti-Azərbaycan qüvvələri tərəfindən ona verilən təlimatlar həyata keçirilməmiş qaldı.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB