"Formula-1-in Azərbaycanda keçirilməsi təsadüfü deyil" ÖZƏL-MÜNASİBƏT

"Formula-1-in Azərbaycanda keçirilməsi təsadüfü deyil" ÖZƏL-MÜNASİBƏT

“Dünyanın idman arenasında özünə layilqi yer tutan Azərbaycan son illərdə həm də, bir çox beynəlxalq idman yarışlarına ev sahibliyini edir. Formula-1 kimi yarışlarının Azərbaycanda keçirilməsi də təsadüfü deyil. Azərbaycanın belə yarışlara hazır olması və yüksək səviyyədə keçirməyə qadir olmasıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Formula-1 yarışının məhz ölkəmizdə də keçirilməsi illərlə aparılan məqsədyönlü siyasətin və düzgün yatırımın nəticəsidir.

“Yarışın Azərbaycanda keçirilməsi bizim tarixi nailiyyətimiz olmaqla yanaşı, bu yarış bir daha ölkəmizin gücünü göstərir. Formula-1 yarışının və digər buna uyğun mötəbər tədbirlərin keçirilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti var. Belə yarışlar Azərbaycanı dünyada tanıdıb, onun mövqeyinin beynəlxalq aləmdə möhkəmlənib, nufuzunun artmasına səbəb olmaqla parallel, ölkə iqtisadiyyatına da çox müsbət nəticələri var. İndiyədək Formula-1-in Bakıda keçirilməsində ölkə iqtisadiyyatına yüz milyonlarla vəsait daxil olub. Ölkəyə turist axının təmin edən bir vasitədir”,- deputat qeyd edib.

O, eyni zamanda, əlavə edib ki, ölkəmizin belə yarışlara ev sahibliyi etməsi bizə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da önəmlidir: “Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Formula-1 yarışlarının Bakıda keçirilməsi Azərbaycanın iqtisadiyyatını, tarixini, keçmişini, gələcəyini isə dünyaya tanıtdırmaq və təbliğat baxımından müstəsna əhəmiyyət daşıyır”.

Deputat sonda onu da əlavə edib ki, belə mötbər bir yarışın keçirilməsi bəzi qüvvələri narahat edir və hər vəchlə belə bir tədbirin əhəmiyyətinə kölgə salmağa çalışırlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə