İlham Əliyev Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşüb.
SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Qeyd olundu ki, ölkələrimiz arasında əməkdaşlıq yaxşı səviyyədədir və bunu Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə səmərəli fəaliyyəti də təsdiqləyir. Avstriya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın uğurlu olduğu bildirilən görüşdə qeyd olundu ki, bu sahədə OMV şirkətinin Azərbaycan ilə əməkdaşlığı faydalıdır.
Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB