“Cəmiyyət bu gün əlil insanları qəbul etməyə tam hazır deyil”

“Cəmiyyət bu gün əlil insanları qəbul etməyə tam hazır deyil”

"Bu gün əlilliyi olan insanları cəmiyyət qəbul etməyə tam hazır deyil. Bunun üçün maarifləndirmə tədbirlərinə ehtiyac var". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu fikirlər "Azərbaycana Birgə Yardım" və "Uşaqların Xilası" təşkilatlarının dəstəyi ilə keçirilən təlimlərdə səsləndirilib.

Adıçəkilən qurumların "Dayanıqlı İnkişaf Naminə Fəaliyyət Proqramının" tərkib hissəsi olan əlillərin məşğulluğunun təmin olunmasına həsr edilən təlimlər çərçivəsində 50-dən artıq bu kateqoryadan olan şəxslər iştirak edib. Məqsəd əlilliyi olan gənclərin işlə təmin olunmasına köməklik göstərməkdir.

Həmçinin, onların özlərinə inamı artırmaq, sahibkarlıq fəaliyyəti ilə tanışlıq xarakteri daşıyır. Təlimlər 4 gün müxtəlif qruplarda, iki növbəli sistemlə aparılacaq. Gənc əlil insanlar arasında aparılan sorğular göstərib ki, bu gün Azərbaycanda əlil vətəndaşların işlə təminatı üçün lazımı şərait formalaşmayıb.

Baxmayraq ki, bu yöndə dövlət proqramı da qəbul olunub. Təlimlərə sahibkarların cəlb olunması da məhz bu tip vətəndaşların işlə təmin olunmasına kömək məqsədi daşıyır. Analoji tədbirlərin ölkənin digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə