"Prezident xalqla həmrəylik nümayiş etdirir" ÖZƏL-RƏY

"Prezident xalqla həmrəylik nümayiş etdirir" ÖZƏL-RƏY

“Bu gün Azərbaycanda kimdən soruşsan ki, Prezident İlham Əliyevin son bir illik fəaliyyətini necə dəyərləndirir, görəcəksiniz ki, hər kəs bunu çox yüksək qiymətləndirəcək". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Sədr müavinin sözlərinə görə, Azərbaycanda çox böyük radikal dəyişikliklər, islahatlar gedir: "Bu işdə hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı olaraq bizdə bu prosesləri dəstəkləməliyik və bu dəyişikliklərdə öz mümkün yardımımızı, töhfəmizi verməliyik. Bu gün Azərbaycanın bütün təbəqələri ilə bağlı, eləcə də sahibkarlara qədər onların problemlərinə həllinə yönəlik kifayət qədər ciddi addımlat atılıb. Mən bunların hamısını çox yüksək dəyərləndirirəm. Təbii ki, sorğu aparan Fransanın “Opinion Way” şirkətinin də əldə etdiyi nəticələr elə gözlənilən nəticələr idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev seçkiöncəsi demişdir ki, “Mən hər bir Azərbaycan vətəndaşınının Prezidenti olacağam”. Ölkə başçısı bu gün hər kəsə diqqət ayırır, onların problemləri ilə yaxından maraqlanır. Hesab edirəm ki, sorğunun nəticələri də bunu dəyərləndirir”.

Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə