“Ermənistanın baş naziri Nikol Paşinyan hər zaman qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirir. Hətta deyərdim Paşinyan nəinki səviyyəsizdir, həmçinin tərbiyəsizdir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Paşinyan siyasi cəhətdən yetkin deyil: “Yəni küçədən birbaşa gəlmiş bir adam kimi ancaq küçə səviyyəsində düşünə bilir. Təəssüf ki, bu şəxs hal-hazırda Ermənistana rəhbərlik edir. İndiyədək Ermənistan rəhbərlərindən öz əməli ilə Azərbaycana xeyir verən yeganə Paşinyan oldu. Biz indiyədək nə qədər deyirdiksə Ermənistanın rəhbərliyi siyasi cəhətdən yetkin deyil, küçədəngəlmə adamlardır, hamısı siyasətdən uzaq adamlardır onu bir növ əməllə sübut etmək çətin olurdu. Amma indi Paşinyan bunu etdi. Təbii ki, o barədə ona sağol düşür. Lakin bütün hallarda bu dövlətçilik üçün çox biabırçı bir şeydir. Ermənilərin tarixən də dövlətçilik ənənəsi olmayıb. Amma Azərbaycanın dövlətçiliyi min illərlədir. Həm də Azərbaycan Prezidenti ilə müqayisədə bu küçədəngəlmə bir adam olduğuna görə bir daha ölkə başçısının nə qədər uzaqgörən və ağıllı siyasətçi olduğunu gündəmə gətirir. Çünki cənab Prezident Ağdamda səfərdə olarkən özü dedi ki, “biz gözləyirik ki, Ermənistan özü-özünü biabır etsin və çətin vəziyyətə salsın”. Bu o deməkdir ki, Qarabağ məsələsində Paşinyanın mövqeyi olmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB