Mövlud Çavuşoğlu: “Dağlıq Qarabağla bağlı alt komitə əvvəlki komitənin səlahiyyətləri çərçivəsində yenidən fəaliyyətinə başlayacaq”
"Biz Avropa Şurası Parlament Assambleyası olaraq Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyətini bərpa etmək istəyirik". SİA-nın türk mətbuatına isitinadən verdiyi xəbərə görə, bunu AŞ PA sədri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən il hər iki ölkənin AŞ PA-dakı nümayəndə heyətlərinin üzvləri ilə görüş keçirilib və sonuncu sessiyada görüş formatının daha da genişləndirilməsi və hər iki dövlətin nümayəndə heyətindən bir deputat olması ilə bağlı razılıq əldə olunub.
O, eyni zamanda qeyd edib ki, büronun plenar sessiyası yanvar ayının 28-i keçiriləcək və iclasda büro alt komitənin fəaliyyətinin bərpa olunması haqqında qərar verməsi və onu sədrini təyin edəcəyi barəsində qərar qəbul olunacağı gözlənilir: "Alt komitə əvvəlki komitənin səlahiyyətləri çərçivəsində yenidən fəaliyyətinə başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB