Mais Səfərli: “Müxalifət çox acınacaqlı bir durumdadır” RƏY-ÖZƏL

Mais Səfərli: “Müxalifət çox acınacaqlı bir durumdadır” RƏY-ÖZƏL

“Bu günki, reallıq onu təsdiq edir ki, müxalifət çox acınacaqlı bir durumdadır”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, sadəcə olaraq, bunlar gündəmə gəlmək üçün çox müxtəlif çeşidli üsullara əl atırlar ki, gündəmdə qalsınlar: “Normal siyasi fəaliyyət göstərməmələri ucbatından cəmiyyət tərəfindən qəbul edilmir, iştirak etdikləri seçkilərdə məğlub olur, keçirdikləri aksiyalar uğursuzluğa düçar olurlar. Gündəmdə qalmaq üçün hay-küy qaldırırlar. Amma bütün bunlar müxalifətə uğursuz nəticələr verir. Çünki, cəmiyyət onların anormal siyasət apardıqlarını görür və bu baxımdan onlara nifrət edirlər. Bu baxımdan onlar sosial bazadan məhrumdurlar. Bunlar 1990-cı illərin əvvəllərində hansı vəziyyətdə idilərsə bu gün də, eyni vəziyyətdədirlər. Yəni, bir adımda olsun irəli gedə bilməyiblər. Çünki onlar mənsub olduqları siyasi düşərgədə heç bir islahatlar aparmayıblar. Bu səbəblərdən biridə, onların şəxsi ambisiyalarının olması, biri digərini qəbul etməməsi və bu cür dava-dalaşları ilə bağlıdır. Bu günə qədər onlar tərəfindən yaradılan birliklər bir-birinə güzəştə gedə bilməməsi və aralarında yaranan dava-dalaşla nəticəsində dağılıb. Bu da müxalifət üçün xarakterik bir mənzərədir. Odur ki, belə məsələlər onların düşərgəsində tez-tez baş verir və bundan sonrada baş verəcəkdir. Bir sözlə, cəmiyyət onlardan bezib və onların məhz bu hərəkətlərinə görə onları qəbul etmək istəmir”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə