Paşinyan heç bir proqres əldə etmədi

Paşinyan heç bir proqres əldə etmədi

The Washington Times qəzetində Jewish News Syndicate nəşrinin keçmiş baş redaktoru Ceykob Kamaras "Ermənistan "Məxməri İnqilabın" sərhəddində" adlı məqaləsində Ermənistanın "Məxməri İnqilabına", onun nəticələrinə toxunub və bu hadisədən az qala bil il keçdiyini xatırladıb.

Geriyə, keçmişə nəzər salan müəllif yazır ki, ötən ilin aprelində inqlabçı Nikol Paşinyan keçmiş SSRİ-yə və Rusiyaya yaxın olan səlahiyyətliləri, hərbi komandirlərdən ibarət “köhnə qvardiyanı” kənarlaşdıraraq hakimiyyəti nəzarətə götürdü. Bundan sonra Paşinyanın ünvanına Avropa ölkələrindən, eyni zamanda ABŞ Konqresinin ermənipərəst konqresmenlərindən təriflər gəldi. Bununla yanaşı milli təhlükəsizlik məsləhətçisi Con Boltonun regiona son səfərindən sonra Ağ Ev və Dövlət Departamenti regiona kifayət qədər skeptik yanaşdılar.

Yaxın vaxtlarda Ermənistana səfər edən Prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton bundan sonra Cənubi Qafqazın ABŞ üçün mühüm strateji əhəmiyyət daşıdığı qənaətinə gəlir. Həmçinin bildirir ki, Azərbaycan və Gürcüstan ABŞ-ın sabit və etibarlı müttəfiqidir, lakin Ermənistan bu “layiqli kluba” daxil ola bilməz. Bolton əminliklə ifadə edir ki, uğurun açarı Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllidir və yalnız bu konfliktin həlli Ermənistanın müstəqillik yoluna qədəm qoymasına və inkişafına şərait yarada bilər. Yeri gəlmişkən elə məhz bu baş nazir Nikol Paşinyanın vədlərinin əsasını təşkil edirdi.

Ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz regionu tam şəkildə öz potensialını bu üç ölkənin iştirakı ilə reallaşdıra bilər. The Washington Times qəzetində müəllif xüsuilə vurğulayır ki, məhz buna görə də Ermənistan Qarabağda müharibəni dayandırmalı, eyni zamanda vassal dövlət olmaqdan əl çəkməlidir. Müəllif onu da qeyd edir ki, Dağlıq Qarabağ konflikti Ermənistanın Rusiya və İrandan asılılığına, inkişafına birbaşa və dolayısı ilə təsir edir. Kamarasın fikrinə görə əgər Ermənistan neft və qazla zəngin Azərbaycana yaxın olsa, sürətli inkişafdan, limandan, dəmir yolundan, peykdən, turizmdən, təhsildən, müasir təbabətdən, elmdən, incəsənətdən bəhrələnsə yaxşı olar.

Sözügedən nəşrdə müəllif xüsusilə qeyd edir ki, “Məxməri inqlabdan” bir il keçməsinə baxmayaraq Ermənistanın həyatında Paşinyanın erməni xalqına və beynəlxalq ictimaiyyətə vəd etdiyi yaxşıya doğru heç bir dəyişiklik, inkişaf müşahidə olunmur. Əksinə, Kamaras həmçinin narazı şəkildə xatırladır ki, Paşinyan baş nazir postuna təyin edildikdən sonra özünün ilk xarici səfərini Moskvaya edib və bundan sonra da dəfələrlə bu səfərləri təkrarlanıb və hələ də Ermənistanın enerji seqmenti əvvəllər olduğu kimi Rusiyalı oliqarxlara məxsusdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə