Almaniya Bundestaqının deputatı: “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda Ermənistanın mövqeyi məlum deyil”
Almaniya Federal Hökumətinin mətbuat və informasiya zalında Almaniya-Azərbaycan cəmiyyətləri arasında münasibətlərin inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkil etdiyi "Dondurulmuş münaqişələr: beynəlxalq siyasətin mövzusu" adlı tədbirdə alman parlamentinin deputatları, müxtəlif ictimai təşkilatların nümayəndələri, həmçinin Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iştirak edib. Tədbirdə bir natiq kimi iştirak etmək üçün Almaniya Bundestaqının deputatı, parlamentin Xarici siyasət komissiyasının üzvü Karl Georq Velman dəvət olunub.
Tədbirin açılışında çıxış edən Almaniya Bundestaqının keçmiş üzvü və Alman-Azərbaycan Əlaqələrinin İnkişafı Cəmiyyətinin icraçı direktoru E.Lintner bu gün dünyada mövcud olan münaqişələrdən danışıb. O bildirib ki, onların həlli beynəlxalq ictimaiyyət qarşısında duran əsas problemlərdən biridir. Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda iğtişaşlı, rahatsız anlar başlayıb. Burada bir sıra etno-ərazi münaqişələrin meydana gəldiyini deyən E.Lintner qeyd edib ki, regionda mövcud olan əsas münaqişə Azərbaycan-Ermənistan və Dağlıq Qrabağ problemidir, hansı ki, bunun nəticəsində Ermənistan Azərbaycanın 20% torpağını işğal edib, insanların böyük əksəriyyəti qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. O, təəssüf hissi ilə qeyd edib ki, bu vəziyyət hələ də davam edir və sülhə nail olmaq üçün beynəlxalq ictimaiyyətin səyləri heç bir nəticə vermir.
Sonra Almaniya Bundestaqının üzvü Karl Georg Velman özünün də iştirak etdiyi ATƏT-in Astana Sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqlar barədə ətraflı məlumat verib. O bildirib ki, bu sammitdən Qafqazdakı münaqişələrin həlli ilə bağlı müsbət inkişafları gözlənilirdi: "Hətta Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel də sammitdə bu ümidlə iştirak edib. Təəssüf hissi ilə qeyd edim ki, sammitdə heç bir irəliləyiş olmayıb. Danışıqlar çətinliyə dirənib və bu vəziyyət strukturlarda narahatlıq doğurur".
Onun fikrincə, tərəflərin mövqeləri bir-birindən hələ də kökündən fərqlənir. Bundestaqın üzvü qeyd edib ki, bu danışıqlarda torpaqları işğal olunmuş Azərbaycan mövqeyi "Madrid Prinsiplərinə" əsaslanır. O vurğulayıb ki, Ermənistanın mövqeyi məlum deyil. Deputat bildirib ki, Ermənistan nümayəndələri ilə keçirilən görüşlərdə bu münaqişənin qarşısını almaq üçün onların hansı səbəblərinin olduğunu anlamağa çalışıb, ancaq bununla bağlı heç bir nəticə almayıb.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların hazırkı vəziyyəti haqqında məlumat verib. O bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən danışıqlar heç bir nəticə verməyib. Səfir vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun "Madrid Prinsipləri" çərçivəsində son təklifləri Azərbaycan tərəfindən qəbul edilib, ancaq Ermənistan hələ də bunları qəbul etməyib. O, həmçinin münaqişənin həllində irəliləyişə nail olmaq üçün Avropa İttifaqı ölkələrinin, o cümlədən Almaniyanın Ermənistana təzyiqlər etməsinin vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB