“Ölkə başçısı mütəmadi olaraq Əfv sərəncamları imzalayır, minlərlə məhkuma öz ailəsinə qovuşub yenidən özünü doğrultmaq şansı verilir. Bu çox vacib addım hesab edirəm”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
“Çünki, azadlığa çıxmış bir məhkum bir nəsili sevindirir və belə baxanda 100 minlərlə insanın sevincinə gətirib çıxarır. Məhkumluq həyatı yaşayan insanlara azadlıqda özünü doğrultmaq imkanı yaradılmalıdır. Təbii ki, Əfv imzalananda hər bir məhkumun törətdiyi cinayətin tərkibi, onun cəmiyyət üçün təhlükəsi nəzərə alınır. Cəmiyyət üçün gələcəkdə təhlükə ola biləcək ağır cinayətlər törədilmiş insanlar Əfv olunmur. Amma yüngül cinayət törətmiş və ya cəzanın böyük bir hissəsini çəkərək törətdiyi əməllərdən nəticə çıxarmış insanların Əfv olunmasını yüksək dəyərləndirirəm. Əfv fərmanının imzalanması ölkə başçısının səlahiyyətindədir və hər bir Əfv fərmanını cəmiyyət də çox müsbət qarşlayır”-deyə, deputat fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB