"Həmsədrlərin bəyanatı Paşinyanın danışıqlarına iraddır" RƏY-ÖZƏL
“ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın danışıqlar formatını dəyişmək kimi cəfəng iddiasını qəbul etməməklə doğru mövqe tutub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, həmsədrlərin son bəyanatında Azərbaycan prezidentinin və Ermənistan hökumət başçısının qarşıdakı zamanlarda təşkil olunması nəzərdə tutulan görüşü təqdirəlayiq hesab olunub, son aylar cəbhə xəttində qurbanların olmaması müsbət qiymətləndirilib, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımlar alqışlanır və tərəflər səyləri gücləndirməyə çağırılır: “Habelə, qarşıduran münaqişə tərəfləri mövcud status-kvoda dəyişiklik yarada biləcək açıqlamalardan, hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səslənib. Bu da birbaşa Ermənistan baş naziri Paşinyanın danışıqların formatını dəyişmək təklifinə qarşı olan iraddır. Minsk qrupu öz əvvəlki formatında prosesə davam etməyi qərara alıb və bu, ən doğru mövqedir ”.
Politoloqun sözlərinə görə, Dağlıq Qarabağın erməni icması necə tərəf ola bilər ki, onlar guya hələ öz müqəddəratlarını təyinetmə uğrunda mübarizə aparırlar?: “Bu, Paşinyanın məsuliyyəti Ermənistanın öz üzərindən atmaq planıdır. Azərbaycan Ermənistanla müharibə şəraitindədir, qoşunların təmas xəttində Ermənistan vətəndaşları işğalçı ordunun tərkibində hərbi xidmət aparır, hansı ki, onların sırasında Paşinyanın öz oğlu da var. Hər kəsə məlumdur ki, məsuliyyət birbaşa Ermənistan Respublikasının üzərinə düşür. Paşinyanın bu məsuliyyəti Qarabağ separatçıları ilə bölüşmək cəhdləri əvvəlcədən cəfəng bir ideya idi və iflasa məhkum idi. Minsk qrupunun formatını dəyişdirməsi yox, 25 ildən bəri danışıqlar prosesinə vasitəçilik edən bu diplomatik platformada ədalət, beynəlxalq hüquqa hörmət, işğalçı və işğala məruz qalanı eyni tərəziyə qoymaq prinsipləri əsas götürülməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB