Azərbaycan Dövlət Pedaqoji Universitetində 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib
Bu gün Azərbaycan Dövlər Pedaqoji Universitetində 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasim Səbail rayon İcra hakimiyyəti və Azərbaycan Dövlər Pedoqoji Universitetinin birgə təşəbbüssü ilə baş tutub.
İlk olaraq şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra isə söz universitetin rektoru, əməkdar elm xadimi, professor Yusif Məmmədova verilib. O bildirib ki, bu günlər respublikamızda milli faciəmiz olan 20 Yanvar qətliamı ilə müxtəlif tədbirlər keçirilir: "Həyatda əbədiyyətə qovuşmağın, əbədiləşməyin müxtəlif yolları var. Ancaq onu deyə bilərəm ki, əbədi həyat qazanmağın ən şərəfli və müqəddəs yolu Vətən uğrunda şəhid olmaqdır. Çünki insan üçün ən başlıca ən müqəddəs mənəvi dəyər onun vətənidir. Vətən yoxdursa vətəndaş da yoxdur. Azərbaycan torpaqlarının 20 %-dən çoxu təcavüzkar ermənistan tərəfindən işğal edilib, 1 milyondan artıq soydaşımız öz tarixi ata-baba yurdundan didərgin düşüb, 20 mindən çox soydaşımız həlak olub, 50 mindən çox vətəndaşımız isə əlil olub".
Y.Məmmədov onu da qeyd edib ki, bir vətəndaş olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması və gələcək nəsillərin tarixi düşmənimiz olan ermənilərin kimliyini dəqiq və aydın bilməsi üçün əlimizdən gələni əsirgəməməliyik.
Mərasimin davamında Bakı Oksford məktəbi şagirdlərinin ifasında 20 Yanvar faciəsinə həsr olunan tamaşa nümayiş etdirlib. Tamaşanın ardınca isə universitet tələbələrinin 20 Yanvara həsr etdikləri kompozisiyanı ifa ediblər. Son olaraq isə, "Bayraq" şeri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB