Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında 7 məsələyə baxılıb
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasda 7 məsələyə baxılıb. Tədbirdə komitə üzvləri qanun layihələrinə münasibət bildiriblər.
Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına, o cümlədən İran, Qazaxıstan, Rusiya, Türkmənistan, İtaliya, Monteneqo və Portuqaliya hökumətləri ilə müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlərin və digər sənədlərin ratifikasiyası məqsədəuyğun sayılıb.
Gündəlikdəki bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB