Bu gün Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilir. SİA-nın verdiyi məlumata görə, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, yeniləşir, müasirləşir.
YAP Sədrinin müavini-İcra katibi Azərbaycanın dünyada mövqelərinin daha da möhkəmləndiyini diqqətə çatdırıb: "Azərbaycan regionun lideri adını şərəflə daşıyır, bir sıra beynəlxalq layihələri uğurla həyata keçirir və eləcə də, böyük layihələrin təşəbbüskarı qismində çıxış edir. Bütün bunların hamısı beynəlxalq miqyasda ölkəmizin rolunu və əhəmiyyətini ciddi şəkildə artırır. Bütün bunlarla yanaşı, Azərbaycanın gələcəklə bağlı böyük planları var".
Tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB