"Rusiya tərəfi münaqişənin həll olunmasının tərəfdarı deyil" ÖZƏL - MÖVQE

"Rusiya tərəfi münaqişənin həll olunmasının tərəfdarı deyil" ÖZƏL - MÖVQE

“ATƏT-in regiona səfərləri və bu səfərlərinin intensivləşməsi hər zaman olduğu kimi zirvə görüşü ərəfəsinə hazırlıq məqsədi daşıyır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, 2015-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 7 rayonun qaytarılmasını danışıqların ilkin şərti olaraq irəli sürməsi müzakirələrin əsas predmetidir: “Bu təklifdən sonra Azərbaycan davamlı olaraq danışıqlarda üstün mövqeyini qoruyub saxlamağa müvəffəq olub. Hərçənd AŞPA-nın bəyanatından dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bu qətnaməyə qarşı çıxış etmişdi və öz kəskin etirazını bildirmişdi. Görünən odur ki, Rusiya tərəfi hələ də münaqişənin həll olunmasının tərəfdarı deyil.

Həmsədrlərin ikisinin Fransa və Rusiyanın ermənipərəst mövqe tutmasına baxmayaraq beynəlxalq ictimai rəy Azərbaycanın tərəfindədir. Minsk Qrupu istəməsə də danışıqlardan öncə 5+2 prinsipi ilə rayonların geri qaytarılması təklifini qüvvədə saxlamağa məcburdur. Hərçənd razılaşmaların real tətbiqinə gəldikdə bu günkü gün üçün perspektiv görmürəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə