Mütəllim Rəhimli: “Müxalifət fəlakətli uçurum gözləyir ” RƏY-ÖZƏL
“Siyasi mübarizədə etik prinsiplərinə və əxlaq qaydalarına riayət edilməsinin tərəfdarıyam”. Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib. Onun sözlərinə görə, xüsusilə siyasətçilər bu məsələlərdə diqqətli olmalıdırlar: “Ümumiyyətlə, siyasətçilərin verdiyi qərarlar, nəyin ki, özlərinin və ətrafının, bütövlükdə cəmiyyətin və dövlətin taleyinə bu və ya digər şəkildə kömək edir. Cəmiyyətində böyük bir hissəsi siyasətçilərin davranışlarından nümunə götürürlər. Ümumiyyətlə, bu cür hərəkətlər daha çox düşünülüb daşınılmalıdır və bundan sonra addımlar atılmalıdır. Bütün hallarda siyasilərin bir-birinə qarşı aqressiv mövqe sərgiləmələri onların məhcinə gətirib çıxara bilər. Bu baxımdan bir-birinə qarşı barışmaz və radikal mövqe sərgiləyən müxalifət təmsilçilərinin sonunu heçdə yaxşı görmürəm. Onları fəlakətli uçurum gözləyir. Müxalifət liderləri milli və dövlətçilik maraqlarına qarşı çıxmaqla özlərini ictimai rəyin gözündən salırlar. Çünki bizim çox ciddi düşmənlərimiz var və bu düşmənlərimiz torpaqlarımızın 20 faizini işğal edib. Biz bütün nifrətimizi, kinimizi və aqresiyamızı düşmənlərimizə qarşı yönəltməliyik. Məsələ bundandır ki, müxalifət düşərgəsini təmsil edən şəxslərin liderlik iddiaları müxalifət düşərgəsinin parçalanmasına və tərəflər arasında konfliktlərin yaranmasına səbəb olur. Bu gün müxalifət düşərgəsi olduqca dağınıq bir duruma düşüb. Təbii ki, bütün bunların hamısı da qısqanclıqdan və Ə.Kərimlinin böyük iddialarla çıxış etməsindən irəli gəlir. Düşünmürəm ki, Ə. Kərimli müxalifətin lideri olmaq iddiası düşərgənin növbəti dəfə parçalanmasına və yeni qarşıdurmaların yaranmasına gətirib çıxaracaq”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB