Xalqın vəhdət təcəssümü, xalqın Lideri ŞƏRH

Xalqın vəhdət təcəssümü, xalqın Lideri ŞƏRH

Bu yol həm həm Xankəndindən, həm Şuşadan, həm Xocalıdan, işğal altında qalan digər torpaqlarımızdan, hətta qədim İrəvandan belə keçəcək!

Xocalı soyqırımının 27-ci ildönünündə on minlərlə insan “Ana harayı” abidəsinə doğru yürüş etdi. Lakin bu yürüşün özəlliyi həm də onda idi ki, xalq bir vəhdət şəklində öz Liderinin arxasınca gedərək, 20-ci əsrin qanlı faciəsini andı. Bu, yalnız erməni vəhşiliyinin dünyaya tanıdılması baxımından ümumxalq yürüşü deyildi, həm də Azərbaycanda xalqın öz Prezidenti ilə vəhdətinin bariz nümayişi idi.

Bu gün milyonlarla azərbaycanlı “İlham Əliyev mənim Prezidentimdir!” deyir

Çünki xalqımız hər zaman Ona arxalanıb və O da öz xalqına güvənib. Məhz bu reallıq, bu danılmaz amil Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisi olaraq dəyərlənədirilməkdədir. Bu gün milyonlarla azərbaycanlı “İlham Əliyev mənim Prezidentimdir!”, deyir və cənab İlham Əliyevin hələ 2003-cü ildə vurğuadığı “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” vədinə sədaqətini nümayiş etdirir. Çünki dövlət başçımız xalqının Lideri olaraq, həqiqətən də, vaxtilə xəyal kimi görünən hər şeyi reallığa çevirdi – Azərbaycanın inkişafı, tərəqqisi, beynəlxalq aləmdə artan nüfuzu və qüdrəti!

Azərbaycan dövləti onun xalqına qarşı törədilmiş qanlı hadisələri unutmayıb, torpaqlarının işğalı faktı ilə heç zaman barışmayacaq

Təkcə, bir faktı demək kifayət edər ki, məhz Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımına siyasi qiymət verməsindən sonra, bu istiqamətdə Onun siyasətini davam etdirən cənab İlham Əliyev, xalqımıza qarşı törədilmiş amansız və vəhşi genosid aktının dünyanın bir çox ölkələrində, parlamentlərində, nüfuzlu təşkilatlarında tanıdılmasına nail oldu. Bu, bir Liderlik və qətiyyət faktoru olaraq da qiymətləndirilməlidir və qiymətləndirilir də - xalqımız, millətimiz tərəfindən!

Biz, burada daha bir tarixi hadisəni xatırlaya bilərik – 2016-cı ilin Aprel müharibəsini. Dördgünlük müharbə bütün dünyaya və xüsusilə erməni işğalçılarına sübut etdi ki, Azərbaycan dövləti onun xalqına qarşı törədilmiş qanlı hadisələri unutmayıb, torpaqlarının işğalı faktı ilə heç zaman barışmayacaq və əldə edilən zəfər də bunu isbatladı. Həmin ərəfələrdə də xalq bir yumruq kimi iqtidarın ətrafında sıx birləşərək vahidliyini, daim Prezidenti, Ali Baş Komandanı ilə bir yerdə olduğunu nümayiş etdirdi.

Azərbaycan xalqı öz Liderinin arxasınca gedir və hər zaman da belə olacaq!

Ancaq bu da son deyildi. Bunun ardınca Naxçıvanda qısa müddətdə işğalçılardan azad ediən strateji yüksəkliklər, düşmən tapdağından azad edilən və hətta Ermənistan ərazilərini ovuc içində göstərən ərazilərə sahib olmaq gücünün sərgilənməsi qarşıda daha böyük qələbələrin dayanmasını xəbər verən anonsdur – zəfər anonsu!

Bəli, bu gün bütöv bir Azərbaycan xalqı öz Liderinin arxasınca gedir və hər zaman da belə olacaq. Çünki Azərbaycan xalqı nə tarixini unudur, nə də nankorluq edir. Azərbaycan xalqı dövlətinin, dövlətçiliyinin müdafiəsi üçün hər zaman bu yolu tutaraq, Liderinin izi ilə gedəcək. Bu yol isə, həm həm Xankəndindən, həm Şuşadan, həm Xocalıdan, həm də digər əzəli və əbədi torpaqlarımızdan, hətta qədim İrəvandan belə keçəcək!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə