“Fevralın 26-da Xocalı soyqırımının ildönümü artıq 27-ci dəfə qeyd olunur. 27 il nə az deyil, nə də çox… Bu 27 ilin ən azı hər fevralı bizimçün Xocalıdır; hər dərdimizin başında Xocalıdır, hər rəsmi xarici səfərimizdə Xocalı bizimlədir; hər uyğunprofilli nəşrimiz Xocalı çağırır, Xocalı deyir; hər il dövlət rəhbərliyi səviyyəsində sənəd imzalanır, “Ana harayı” abidəsinə rəsmi ziyarət təşkil olunur”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

QHT rəsmisinin sözlərinə görə, Xocalı ömürlərə-günlərə çöküb; Xocalı abidələrə, küçə, meydan, park adlarına köçüb: “Əlbəttə, soyqırımdan danışırıqsa, onun yalnız bizim başımıza gələn hadisə kimi təsnif olunmaması, dünya birliyi, tərəqqipərvər bəşəriyyət tərəfindən də tanınması məsələsi ön plana çıxır, - bu təbiidir.
Bəs bu soyqırım dünya ictimaiyyəti tərəfindən bugünədək gərəkən səviyyədə qiymətini alıbmı? – Təəsüf ki, yox. Bunun günahı bizdə deyil; bunun günahı soyıqırmı tanımağa tərəddüd edənlərdə, yaxud soyqırımı öz ağıllarınca inkar edən düşmənin sistemli təbliğatına uyanlarda, hansısa maraqları ümuminsanlıq maraqlarından irəlidə tutanlardadır. Bununla belə, Xocalı hadisələrinə biganə qalmayan uluslararası qurum və quruluşlar, haqqı müdafiə edən dövlətlər, nüfuzlu ziyalılar, alimlər, tarixi şəxsiyyətlət var və biz haqqı müdafiə edən hər kəsə bir daha və bir daha minnətdarıq!
Soyqırım yalnız bizim başımıza gəlməyib və günümüz dünyasında da az qala soyqırım səviyyəsində aktlar törədilməkdədir; yaxud dünya belə aktlardan sığortalanmamaqdadır. Ona görə də, biz olmuşlardan sınmamamlı, kimdənsə küsməməli, haqq işi uğrunda mübarizədən bezməməli və haqqın nazilsə də, üzülməyəcəyinə inam içində yolumuza davam etməliyik. Hər birimiz dövlətimizin gücləndirilməsi, haqq səsimizin dünyanın dörd yanında eşidliməsi üçün əlimizdən nə gəlirsə, onu əsirgəmədən, bununçün təmənna güdmədən çalışmalı, çalışmalı, çalışmalıyıq. Belə olan təqdirdə biz qalibiyyətə susadığımız kimi, qalibiyyət özü də bizi cəzb edəcək, özü bizə gələcək!
İlk növbədə qardaş ölkələrin, dost dövlətlərin, yaxın qonşuların mənəvi borcudur ki, 1992-ci ilin soyuq fevralında Xocalıda baş verənləri öz əsl adı ilə çağırsın. ATƏT-in Minsk Qrupu həmsdərləri və qrupun bütün üzvlərinin borcudur ki, hər il 26 fevralda müvafiq bəyanatla çıxış etsin, işğalçı Ermənistana “ərkəsöyün” müamiləsi deyil, işğalçı müamiləsi göstərsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB