Təhmasib Novruzov: “Abramyanı lider seçmək, müxalifətin təxribat maraqlarını açıq-aşkar ortaya qoyur” RƏY-ÖZƏL
“Mitinqin kimə və ya kimlərə lazım olması bir az mücərrəd məsələdir”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, dünyanın bütün demokratik ölkələrində müxtəlif problemlərlə bağlı (bu həm daxili problemlə, həm də beynəlxalq problemlərlə bağlı ola bilər) mitinqlər keçirilir və xalq həmin problemlərlə bağlı həm hakimiyyətin, həm də beynəlxalq qurumların diqqətini onun həllinə yönəltməyə çalışır: “Bu mənada sivil, demokratik ölkələrdə mitinqlər, həmçinin digər aksiyalar cəmiyyətin və bəşəriyyətin inkişafına mühüm töhfə verir. Mitinqlər o zaman zəruru, qaçılmaz əhəmiyyət daşıyır ki, ölkə daxili problemlərin həllinə hakimiyyət, ümumbəşəri problemlərin həllinə isə beynəlxalq qurumlar laqeyd yanaşır, onun həlli üçün heç bir addım atmır. Lakin gərək olmadan mitinq keçirmək həvəskarları, siyasi xəstələr də var ki, onları hansısa problem və onun həlli deyil, özünün şəxsi ambisiyası, gündəmdə qalmaq, bəzi hallarda isə hansısa qüvvələrin təxribat məqsədilə ayırdığı maliyyə vəsaitlərini həzm-rabedən keçirmək kimi istəklər buna sövq edir. Təəssüflə deməliyəm ki, bu gün Azərbaycanda bu maraqlar üst-üstə düşən xəstə təxəyyüllü bir qrup yaranıb ki, bu da ölkəmizin inkişafına mane olmaqdan başqa əhəmiyyətli heç nə vəd etmir. Bizim ölkədə xalqın hansı istəyi var ki, iqtidar onu qulaqardına vursun, həll etmək istəməsin? Bəzən bizim bir vətəndaş olaraq gözləntilərimizdən də irəli gedərək, xalqın müxtəlif problemlərinin həlli ilə bağlı ən yüksək səviyyədə addımlar atılır. Təkcə minimum əmək haqqının birdən birə 180 manata qaldırılması haqqında Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı dediklərimizə bariz nümunədir. Yəni, əgər iqtidar xalqın problemlərini özü araşdırıb, müəyyən edib, bu problemləri aradan qaldırmaq üçün qətiyyətli addımlar atırsa, o zaman hansı ölkə daxili həll olunmayan problemdən danışmaq olar ki, bunun üçün meydanlara axışıb mitinq keçirilə? Bu gün Azərbaycanda mitinq etmək istəyənlər birbaşa Azərbaycanı sevməyən qüvvələrin maraqlarına xidmət edirlər. Bu birmənalıdır və xalq da bunu yaxşı anladığından belə aksiyalara dəstək vermir. Bu gün yalnız sənədlərə əsasən azərbaycanlı hesab edilən, əslində nəinki azərbaycançılıqdan xəbərsiz olan, hətta hüquqi baxımdan mənsub olduğu xalqa qənim kəsilən Rüstəm İbrahimbəyovu, əslində Abramyanı özünə lider seçmək, hər vasitə ilə onun Azərbaycana gəlişinə çalışmaq, bu insanların təxribat maraqlarını açıq-aşkar ortaya qoyur. Bu adam bütün yaradıcılığı boyu millətimizi aşağılamağı, onu barbar kimi təqdim etməyi özünə amal seçib. Bəyəm onun gəlişinə can atanlar bunu bilmirlərmi? Demək bu insan adlanan dördayaqlıları nə Azərbaycanın dövlətçilik və milli maraqları, nə də xalqın həyat səviyyəsi maraqlandırır. Bayaq dediyim kimi, onlara mitinq və digər aksiyalarla xarici qüvvələrin diqqətini özünə cəlb etmək, nəticədə həmin anti-Azərbaycan qüvvələrin ayırdıqları milyonları əldə etmək maraqlıdır. Çox təəssüf ki, acınacaqlı da olsa, bu, həqiqətdir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB