"Prezidentin ölkənin inkişafının nəticəsini insan amilinə yönəltməsi qəhrəmanlıq nümunəsidir" AÇIQLAMA-ÖZƏL

"Prezidentin ölkənin inkişafının nəticəsini insan amilinə yönəltməsi qəhrəmanlıq nümunəsidir" AÇIQLAMA-ÖZƏL

“Bu gün dünya dəyişir. Artıq elə bir zaman gəlib ki, haqsız haqlıya güc gəlir, güclü gücsüzə zor tətbiq edir və bütün bunlar beynəlxalq müstəvidə bir gərginlik yaradıb. Belə bir vəziyyətdə ölkəni qorumaq, inkişaf etdirmək və bütün bu inkişafın nəticəsini məhz insan amilinə yönəltmək, əlbəttə ki, bir qəhrəmanlıq nümunəsidir, xalqına, millətinə böyük sevgidən irəli gələn bir amildir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Prezident İlham Əliyevin Azərbaycan xalqına, hər bir vətəndaşa böyük qayğı ilə yanaşdığını deyən deputat söyləyib ki, son dövrdə ölkə başçısının şəhid ailələri ilə görüşü, şəhid vərəsələrinə birdəfəlik müavinətlərin verilməsi, pensiyaların artırılması, minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması insanlarımızın sosial rifahının daha da yüksəlməsinə mühüm təsir edəcək, gələcəkdə sosial-pensiya təminatının yaxşılaşmasına xidmət edəcək: “Bunlar kiçik məsələlər deyil. Təkcə minimum əməkhaqqının artırılmasından 600 min insan bəhrələnəcək”.

İ. Məmmədov qeyd edib ki, Azərbaycanda ölkə başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas hədəfini insan amilinin inkişafı, vətəndaşlarımızın yüksək rifah halında yaşaması təşkil edir: “Azərbaycan prezidentinin son günlərdə həm zəlzələ zonasına, həm də ötən gün Beyləqana səfəri zamanı vətəndaşlara göstərdiyi səmimi münasibət bunun bariz göstəricisidir ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə