Erməni KİV-i Paşinyan-Əliyev görüşü barədə yazdı Erməni KİV-i

Erməni KİV-i Paşinyan-Əliyev görüşü barədə yazdı Erməni KİV-i

“Paşinyan və Əliyev ABŞ-da görüşə bilərlər”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Novosti-Armeniya” saytı yazır. “İki ölkə liderlərinin görüşləri XİN rəhbərlərinin Münxendəki görüşündən sonra olacaq”, deyə erməni saytı qeyd edir.

“16-17 fevralda Münxendə keçiriləcək təhlükəsizlik konfransı çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin - Zoqrab Mnatsakyan və Elmar Məmmədyarovun görüşü planlaşdırılır”, deyə verilən məlumatda digər erməni nəşri “Hraparak”a da istinad olunub: “Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-da görüşü gözlənilir”.

Bununla yanaşı, Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyan bəyan edib ki, bu barədə hər hansı bir məlumata malik deyil.


Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə