Əfqanıstan Prezidenti Bakıya gələcək

Əfqanıstan Prezidenti Bakıya gələcək

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri gözlənilir. Dövlət başçısı VII Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə SİA-ya Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.

Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə