İranın nüvә proqramına dair, bu ayın axırında İstanbulda keçirilәcәk müzakirәlәr üçün hazırlıqlar davam etdirilir.
SİA-nın xəbərinə görə, İstanbulda keçirilәcәk müzakirәdә İran vә BMT-nin 5 daimi üzvü ilә Almaniyanın nümayәndәlәri bir araya gәlәcәklәr.
Avropa Birliyi dә müzakirәlәrdә hәssas bir mövqe tutur. Hәmin çәrçivәdә toplantı әrәfәsindә, Avropa Birliyinin Xarici Әlaqәlәr üzrә nümayәndәsi Ketrin Eşton, cümә axşamı İstanbula gәlәcәk. Eşton, İstanbulda bir sıra görüşlәr keçirәcәk.
Qeyd edәk ki, Türkiyә, İranın dinc mәqsәdli nüvә enerjisi istehsal etmәsinә haqq qazandırarkәn, yerlәşdiyi bölgәdә nüvә silahı istəmәdiyini hәr fürsәtdә dilә gәtirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB