Müxalifətin "xəyal məhsulu" fiaskoya doğru

Müxalifətin "xəyal məhsulu" fiaskoya doğru

Eynulla Fətullayev Əli Kərimlini müxalifət düşərgəsinin tülküsü adlandırıb

«Milli Şura» deyilən qondarma qurumun yanvarın 19-da Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") uzun illərdən bəri iki minlik baryeri aşa bilmədiklərindən utanmayaraq sosial şəbəkələrdə yenidən mitinq keçirmək iddialarına düşmək, Eynulla Fətullayevin dediyi kimi, AXCP sədri Əli Kərimli tülkülüyüynün nümunəsidir: "Onda xas olan bu özünəvurğunluq və həyasızlıqla Kərimov bir andaca Kərimliyə çevrildi. Sonra meydanlardan Elçibəy hakimiyyəti ilə yüksək posta sahib oldu... Bütün tülkü və xəyanətkar siyasəti ilə".


Bu gün bu tülkü siyasətçi və cinayətkar Ə.Kərimli ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmədə şahidlərin verdikləri ifadələrə əsasən, AXCP sədrinin xarici qüvvələrin göndərdiyi maliyyə ilə ölkədə təxribatlar törətmək istəyi faktları sübuta yetirildiyi bir halda, utanmadan mitinq iddiasına düşməsi, bir daha AXCP sədrinin erməniliyini təsdiqləyir.
Ən maraqlısı isə budur ki, cinayətkar Ə.Kərimli elə zənn edir ki, "Məhsul" adını daşıyın stadionda bu dəfə mitinqləri "məhsuldar olacaq." O, məhz bu arzu ilə yaşayır: "AXCP sədri heç vaxt adam olmayıb, olmayacaq da. Cinayətkar, əxlaqsız və erməni nökəri Ə.Kərimlinin "bəlkə də qaytardılar" xülyası bir daha baş tutmayacavq. Bunu bilə-bilə mitinqdən başqa siyasi mübarizə üsulu tanımır. Ağızlarınla bir söz var ki, hakimiyyətə gələk. O da heç vaxt olmayacaq".

Hafiz Hacıyev: "Əli Kərimlini "siyasi fahişə"dir"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Ə.Kərimli barədə üzə çıxan xəyanətkarlıq faktlarına münasibətini bildirərkən, onu "siyasi fahişə" adlandırıb: "Yadınızdarısa, hələ Taleh Bağırzadə məsələsində sübuta yetirilmişdi ki, Ə.Kərimli müəyyən xarici ölkələrin kəşfiyyat orqanlarına nökərçilik edir. Hətta sübut etməyə də hazıram ki, bunların adamları qonşu ölkədə gizli danışıqlar apararaq, ölkəmizdə sabitliyi pozmağa yönəlmiş planlar düzüb-qoşublar: Həmin vaxtlar, özləri də dolayısı ilə etiraf edirdilər ki, tapşırıqlar əsasında işləyirlər. Çox keçmədi, məlum Nardaran hadisələri baş verdi. Ona görə də, hər zaman demişəm, Ə.Kərimli stabil insan deyil, belə adamlara heç nədə etibar etmək olmaz".l


H.Hacıyev bildirib ki, ona kim çox pul verərsə, həmin dairələrin qucaqlarına atılır: "Yəni bu fərdlərə siyasətdə siyasi fahişə və siyasi pozğun deyirlər. Ümumiyyətlə, Ə.Kərimliyə kim pul verirsə, onların qucağında oturur, özü də məmnuniyyətlə, məsələn, Qərb verəndə Qərbin, Şərq verəndə Şərqin, Şimal da verəndə Şimalın qucağında özünü rahatlayır. Çünki bu ünsürə imkan verilərsə, daha böyük xəyanətlərə imza atacaq. Müxtəlif dövlətlərin Azərbaycanda müəyyən maraqları var və bu maraqları həyata keçirməkdən ötrü Ə.Kərimli kimi adamlardan istifadə edirlər. Misal üçün, mənim də Azərbaycanda müxtəlif diplomatik nümayəndəliklərdə görüşlərim olur və həmin vaxtlar mənə elə təkliflər olunur, ancaq söz yox ki, Vətənimin, dövlətimiz maraqları mənim üçün hər şeydən yüksəkdədir. Ə.Kərimli üçün isə, bu, amil mövcud deyil. İndi elə adamlar var ki, bütün yerlərə işləməklə, özlərini satırlar. Ona görə də, bunların qarşısı alınmalıdır və mən qarşıma məqsəd qoymuşam ki, bu cür siyasi fahişələrin sonuna tezliklə çıxacağam".

Rəfiqə HÜSEYNOVA




Bütün xəbərlər Facebook səhifəmizdə