Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, bu ilin yanvarında Milli Təhlükəsizlik Xidmətində görünməmiş hal baş verib. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına xidmət və nəzarət sistemi departamentinin ək-kəşfiyyat şöbəsinə Serob Arutunyan təyin edilib.
“O, Kotayk vilayətinin keçmiş polis rəisi, eləcə də “Nubaraşen” islah əmək müəssisəsinin rəisi olub və 2018-ci ildə vəzifəsindən azad olunub. O cümlədən, Serob Arutunyanın kriminal aləmlə bağlılığı, xüsusilə, "Zap" ləqəbli qanuni oğru - Suro Leninakanski ilə yaxın əlaqələrinin olduğu deyilir”, adıçəkilən erməni qəzeti yazır.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB