Yerevanın taksi sürücüləri şəhərin yeni seçilmiş meri Ayk Marutunyanın istefasını tələb edirlər. Belə ki, buna səbəb onun bu sferada baş verən problemləri inkar etməsidir. SİA xəbər verir ki, bu barədə “Novosti-Armeniya” yazır.
“Sürücüləri taksi dayanacağının olmaması üzündən cərimələyirlər. Cərimənin məbləği müəyyən edilməmiş yerdə park etməyə görə 5 min dramdır (10 ABŞ dolları)”, deyə Emil Saakyan adlı taksi sürücüsü son bir ayda 20 belə xəbərdarlıq məktubu aldığını bildirib.
Onun sözlərinə görə, şəhər merliyi 100 yeni dayanacağın yaradılacağını vəd etmişdi, lakin bu vədlər eks-merin – Taron Marqaryanın vaxtında verilmişdi.
Narazı taksi sürücüləri cərimələrin məbləği ilə də razı deyillər. Belə ki, onlar “məxməri inqilabdan” sonra yazılmış cərimələrin silinməsini tələb edirlər. O cümlədən, tələblərdən biri də budur ki, meriyada məhz taksi sürücülərinin problemləri ilə məşğul olan ayrıca adam oturmalıdır.
“Parlament seçkilərinə qədər bizə demişdilər ki, nə qırmızı xətlər, yəni pullu dayanacaq yeri, nə kameralar nə də s. qadağalar olmayacaq. Bu gün isə, yalnız uşaq bağçaları və məktəb tikmələrindən danışırlar. Əgər bizə verilən sözlər yerinə yetirilməzsə, onda bütün taksi sürücüləri cümə axşamı günü hökumət evinin qarşısında etiraz aksiyalarına start verəcəklər”, deyə digər taksi sürücüsü Eduard Arşakyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB