Binəqədi rayonunda "Hər ağac bir nəfəsdir" adlı layihə reallaşdırılıb

Binəqədi rayonunda "Hər ağac bir nəfəsdir" adlı layihə reallaşdırılıb

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin təşkilati dəstəyi ilə fevralın 1-dən 5-dək "Hər ağac bir nəfəsdir" adlı layihə reallaşdırılıb.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə açan layihə rəhbəri Yeganə Əsgərli çıxışında Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib. Çıxış edən YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədr müavini Nigar Məmmədova layihə rəhbərini təbrik edib və bu kimi layihələrin gənclər üçün önəmini vurğulayıb.
Çıxışlardan sonra ekoloji mövzuda ilk təlim keçirilib. Tədbirin sonunda hər bir iştirakçıya sertifikatlar təqdim olunaraq, xatirə şəkli çəkdirilib.
Fevralın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Gənclər Fondunun maliyyə və YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin təşkilati dəstəyi ilə "Hər ağac bir nəfəsdir" layihəsinin növbəti tədbiri keçirilib. Tədbirdə UNEC professor heyəti, UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin Tələbə Elmi Cəmiyyətinin üzvləri (TEC) və iqtisadiyyat fakültəsinin rəhbərliyi, UNEC-in tələbə təşkilatlarının rəhbərləri və təşkilat fəalları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli ekoloji tarazlığın qorunub-saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi kimi ümumbəşəri problemlər haqqında məlumat verib.
İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyev, beynəlxalq iqtisadiyyat kafedrasının müdiri professor İrşad Kərimli çıxış edərək, ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verildiyini bildirib.
Fevralın 5-də "Hər ağac bir nəfəsdir" layihəsi çərçivəsində növbəti təlim keçirilib və layihənin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə