Ermənistan və Azərbaycan XİN rəhbərləri Münhen Təhlükəsizlik Konfransında iştirak edə bilər. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan açıqlama verib.
“Zoqrab Mnatsakanyan Münhendəki konfransa qatılacaq. Bizdə olan məlumata görə, Elmar Məmmədyarov da həmin konfransda iştirak edəcək. XİN rəhbərləri görüşləri öncədən razılaşdırır. Əgər belə bir razılıq olarsa, məlumat veriləcək”.
Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində baş tutacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB