Ermənistan əhalisi azalır

Ermənistan Statistika Xidməti ölkə əhalisi ilə bağlı sonuncu statistikanı açıqlayıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2019-cu il yanvarın 1-i üçün ölkə əhalisinin sayı 2 milyon 996 min nəfər olub.

Bu, 2017-ci illə müqayisədə 7,6 min nəfər azdır. Digər tərəfdən, ölkədə doğulanların sayı da azalıb. 2017-ci ildə 37,700 uşaq doğulmuşdusa, 2018-ci ildə bu göstərici 36,502-yə qədər geriləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə