“Gənclər YAP-ın ideyalarının həyata keçirilməsində xüsusi fəallıq nümayiş etdirirlər” ƏLİ ƏHMƏDOV
“Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər gənclərimiz üçün yol xəritəsidir”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın mərkəzi qərargahında gənclərlə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev gənclərlə dialoqa xüsusi önəm verir. “Gənclərlə iş dövlət siyasətinin prioritetlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin bu yaxınlarda gənclərlə görüşü xüsusi əhəmiyyətə malikdir”, deyə Əli Əhmədov qeyd edib.
İcra katibi, həmçinin bildirib ki, Yeni Azərbaycan Partiyası gənclər partiyasıdır: “Partiyanın sıralarında çoxsaylı gənclər təmsil olunur. Onların sayı gündən-günə artır. Gənclər YAP-ın ideyalarının həyata keçirilməsində xüsusi fəallıq nümayiş etdirirlər. Onlar dövlət əhəmiyyətli tədbirlərin reallaşdırılmasında yaxından iştirak edirlər”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB