Yevlaxda 2 Fevral Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Yevlaxda 2 Fevral Gənclər Günü münasibəti ilə tədbir keçirilib

YAP Yevlax rayon təşkilatı Yevlax rayon icra hakimiyyəti, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Gənclər Gününü qeyd edib.

Tədbiri giriş sözü ilə Yevlax rayon icra hakimiyyəti başçısının I müavini YAP Yevlax rayon təşkilatı idarə heyətinin üzvü Qənimət Qaraşov Gənclər Günü ilə bağlı bütün gəncləri təbrik edib. Q.Qaraşov ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinə, xüsusilə, region gənclərinə göstərdiyi diqqətdən söz açaraq, Yevlax şəhərində tikiləcək Olimpiya Kompleksinin Yevlax gəncləri üçün ən böyük hədiyyə olduğunu dilə gətirib.
YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova, rayon təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş söz açaraq, bildiriblər ki, son illər rayonda Gənclər Evi inşa olunub, təhsil ocaqlarında idman meydançaları və zallar tikilərək istifadəyə verilmişdir. Yeni iş yerlərində çalışanların böyük əksəriyyəti gənclərdir. Zöhrə Adığıözəlova və Bünyamin Musayev çıxışlarında qeyd etdilər ki, təsadüfi deyil ki, Cənab Prezidentimizin yüksək qayğı və diqqəti sayəsində bu gün ölkəmizin bütün şəhər və rayonlarında gənclər irəli çəkilir.
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədr müavini - aparat rəhbəri Əli Quliyev şıxış edərək, Yeni Azərbaycan Partiyasının gənclərə yanaşma tərzindən danışıb: "YAP gəncləri gələcəyə böyük inamla baxır, ölkəmizin rifahı naminə nəzərdə tutulan inkişaf proqramlarının reallaşdırılmasında ən aparıcı qüvvəsidir".
Sonda partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gənc YAP Yevlax rayon təşkilatı və Yevlax şəhər Mədəniyyət Mərkəzi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin, partiya sıralarına qəbul olunan bir qrup gəncə partiya üzvülük vəsiqələri təqdim olunub.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə